“Fatimənin nağılı”nda nələr oldu? – FOTOSESSİYA

12 Aprel 2012 12:31 (UTC+04:00)

Dünən rəqqasə Fatimə Fətəliyevanın solo konserti oldu. Movqe.Az xəbər portalının məlumatına görə, F.Fətəliyevanın "Fatimənin nağılı" adlı qeyri-adi konsert proqramını Rəşid Behbudov adına mahnı teatrında keçirildi.

Təxminən 40 dəqiqə gecikməsinə baxmayaraq, skripka ifaçısı Ceyhun İsmayılovun açılışı ilə başlayan konsert maraqlı məqamlarla yadda qalan oldu. Belə ki, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılovun aparıcılığı ilə keçirilən konsertdə mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Tamaşaçılar arasında ön sıralarda əyləşən xalq artisti Kamil Dadaşov və Aliyə Ramazanova Fatimənin hər bir çıxışını diqqətlə izləyirdilər. Müşahidə apardığımız zaman hər iki sənətçi öz aralarında səbəbkarın rəqsini təhlil etdiklərini şahidi olduq.

Bundan başqa, konsertdə Azərbaycanın tanınmış müğənniləri, xalq artisti Faiq Ağayev, əməkdar artist Ədalət Şükürov, ifaçılar Vüqar Muradov, Günay İbrahimli, Niyam Səlami, Gülay və başqaları Göyçək Fatiməni təbrik etmək üçün repertuarlarında yer alan mahnılarını ifa etdilər.

F.Ağayevin şux səhnə performasına biganə qalmayan tamaşaçılar, müğənniyə qoşularaq həm oxudalar, həm də ki onunla rəqs etməkdən çəkinmədilər.

Onu da qeyd edək ki, konsertə gələ bilməyən xalq artisti İlhamə Quliyeva, Fatiməyə böyük gül çələngi hədiyyəsini göndərmişdi. Gül Çələngi səhnədə xüsusi yerini almışdı.

Konsert zamanı Göyçək Fatimə bir neçə yeni rəqs kompozisiyaların-milli, qaraçı, Latın Amerika, şərq və başqa dünya xalqlarına məxsus rəqs kompozisiyasını təqdim etdi. Rəqqasə tələbəsi ilə də bəyaz geyimdə tamaşaçıların qarşısına keçdi.

F.Fətəliyeva Movqe.Az-a konsertindən razı qaldığını və əməyi keçən hər şəxsə minnətdarlığını bildirdi: "Konsert əla keçir. Hər bir şəxsə təşşəkker edirəm ki, mənə dəsətk olurlar. Bu gün məıni tək buraxmadılar. Jurnalistlərə də xüsusi minnətdaram", - rəqqasə dedi.

Qeyd edək ki, rəqqasə F.Fətəliyevanın martın 23-də nəzərdə tutduğu "Fatimənin nağılı" adlı rəqslərdən ibarət konsertinin vaxtı dəyişdirilərək, dünən-aprelin 11-də keçirildi. Səbəb isə rəqqasənin bir neçə yeni rəqs kompozisiyaları hazırlaması ilə bağlı olub.

Fuad Mədətov