Ukrayna böhranından çıxış yolu səsləndi
8 Mart 2015 15:14 (UTC+04:00)
Rusiya və Almaniya ATƏT-i Ukraynadakı
müşahidəçilərinin sayını artırmağa çağırıb.
Movqe.az-ın Milli.az-a istinadən məlumatına
görə, Rusiyanın və Almaniyanın xarici işlər
nazirləriSergey
Lavrov və Frank-Valter Şteinmeyer ATƏT-i
şərqi Ukraynadakı müşahidəçilərinin sayını 1000-ə çatdırmaqla
missiyasını gücləndirməyə dəvət ediblər.
ATƏT-in hazırda Ukraynada olan müşahidəçilər qrupu
əsas məntəqələrə gedə bilmədiklərindən
gileylənirlər.
Bununla belə Ukrayna hökuməti israr edir ki,
Rusiya hərbçiləri hələ də ölkə ərazisinə daxil olmaqda davam
edirlər. Bəzi iddialara görə hazırda Ukrayna ərazisində 18 minədək
Rusiya hərbçisi var.
Ötən ay Minskdə imzalanmış sülh razılaşması bütün
xarici qüvvələrin Ukraynadan çıxarılmasını tələb
edir.
ATƏT-in baş katibi Lamberto Zannier deyib ki,
atəşəkəsə hələlik riayət edilir, lakin onun pozulduğu hallar da
olur. O bildirib ki, onun monitorinq komandasının problemi
müşahidəçilərinin sayı yox, onlara əsas məntəqələrə giriş
verilməməsidir.
Avropa İttifaqının xarici işlər
komissarı Federica
Mogerini də ATƏT müşahidəçilərinə
daha geniş hərəkət azadlığı verilməsinə çağırıb.
Riqada Aİ xarici işlər nazirlərinin görüşündən
sonra komissar deyib ki, Ukraynadakı ATƏT missiyasına peyk
avadanlığı veriləcək.
Bu avadanlıq onlara daxil ola bilmədikləri
ərazilər barədə məlumatın toplanması üçün lazımdır.