Neymara qarşı kobudluğa görə diskvalifikasiya olundu

8 Mart 2015 19:11 (UTC+04:00)
"Villareal"ın yarımmüdafiəçisi Tomas Pina İspaniya Kubokunun yarımfinal mərhələsində etdiyi hərəkətə görə İntizam komitəsi tərəfindən cəzalandırılıb. Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, futbolçu Neymara qarşı sürüşmə fəndini sərt icra etdyiniə görə 2 oyunluq diskvalifikasiya olunub. Bu qayda pozuntusu matçın 65-ci dəqiqəsində qeydə alınmış və Pina birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etmişdi.