Gədəbəydə qadınlar üçün oxudular
9 Mart 2015 12:05 (UTC+04:00)
Gədəbəydə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir
baş tutub
Movqe.az-ın Kəpəz TV-ə (Region TV) istinadən məlumatına görə,
Gədəbəy rayonunda da 8 Mart - Beynəlxalq Qadınlar Günü geniş
şəkildə qeyd olunub. 200-dən artıq fəal qadının iştirak etdiyi
tədbirdə Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi və mədəni
həyatındakı fəal mövqelərindən ətraflı bəhs edilib. Qeyd olunub ki,
bu gün Azərbaycan qadınlarının səsi dünyanın ən ali və mötəbər
beynəlxalq kürsülərindən eşidilir ki, bu da müasir Azərbaycan
cəmiyyətində qadın hüquqlarının yüksək tutulmasının və ölkədə
gender bərabərliyinin bariz nümunəsidir. Bu gün ölkə qadınlarının
əldə etdikləri uğurlar içərisində Gədəbəy qadınlarının da öz
rolunun olduğu diqqətə çatdırıldı. Hazırda rayon əhalisinin 49
faizdən çoxunu qadınlar təşkil edir. Və bu gün rayon üzrə dövlət
qulluğunda çalışan qadınların sayı kişilərin sayı ilə eynilik
təşkil edir. Bayram münasibəti ilə fəal qadınlardan bir qrupuna
rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli xatirə
hədiyyələri təqdim olunub. Tədbir rayon mədəniyyət və turizim
şöbəsinin hazırladığı geniş konsert proqramı ilə davam edib.