Gümrüdə daha bir şok
9 Mart 2015 13:00 (UTC+04:00)
Cinayət hadələri ilə populyarlıq qazanan Ermənistanın Gümrü şəhəri
yaxınlığında sifəti tanınmaz hala salınmış kişi meyidi tapılıb.
Movqe.az Milli.az-a məlumatına görə, cəsəd Gümrüdən şimalda
yerləşən Maisyan kəndində, Gümrü-Bavra avtomagistral şossedə
aşkarlanıb.
Kəndin ağsaqqalı Akop Baqdasaryanın sözlərinə görə, naməlum kişi
meyidini kənd kilsəsinin yanında tapıblar.
Qətlə yetirilmiş şəxs 30-35 yaşlarında olub. Kənd sakinləri onun
cəsədinə baxış keçirərkən, nədən öldüyünü müəyyən edə
bilməyiblər.
"Üzü təmamilə tanınmaz hala salınmışdı. Əvvəlcə biz düşündük ki, bu
kimdirsə bizim mal-qara fermamızdandır. Yoxladıq, aydın oldu ki,
fermanın bütün işçiləri sağ-salamatdır. O, bizim kənddən deyildi.
Qalan işləri qoy hüquq-mühafizə orqanları görsün. Artıq bizlik bir
şey yoxdur", - deyə Akop Baqdasaryan bildirib.