Universitetdə yoxlama aparılacaq
10 Mart 2015 17:30 (UTC+04:00)
Hesablama Palatası kollegiyasının növbəti iclası
keçirilib. Palatadan Movqe.az-a
verilən məlumata görə, iclasda dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Tibb Universitetinə,
dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Beyləqan
Rayon İcra Hakimiyyətinə, həmçinin dövlət büdcəsinin yerli
xərclərindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına və onun
tabeliyində olan səhiyyə müəssisələrinə ayrılan vəsaitlərin
proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri
barədə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar
qəbul edilib.
Eyni zamanda, iclasda müvafiq zəruri tədbirlərin görülməsi və həmin
tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların
verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına
göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə
məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli
Məclisə təqdim olunması qərara alınıb.