Daha bir ana ölümü
10 Mart 2015 18:42 (UTC+04:00)
Gəncədə doğuş zamanı ana ölümü baş verib. ANS PRESS-in bölgə
müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə Doğum Evində baş
verib. Gədəbəy rayonundan olan Təranə Tamıyeva qeysəriyyə üsulu ilə
uşaq dünyaya gətirib. Uşaq 3 kiloqram olub. Körpənin səhhətində heç
bir problem olmayıb.
Əməliyyatdan sonra qadının halı pisləşib. Həkimlərin səyinə
baxmayaraq Təranə Tamıyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında
araşdırma aparılır. Qeyd edək ki, Gəncə Doğum Evində tez-tez doğuş
zamanı ana ölümü qeydə alınır.