ŞOK!!!: Şairlərin nədə ittiham olunduğu bilindi

10 Avqust 2012 12:16 (UTC+04:00)

İranda həbs olunan şairlər dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunur. Bu məlumatı Kulis.az saytına həbs olunan şairlərdən birinin-Şəhriyar Hacızadənin atası Hacı Mail verib. 
Hacı Mail deyib ki, məhkəmədə bu ittahımın əsasız olduğu üzə çıxıb: "Şahid ifadələri dinlənildi, uşaqlar da öz sözlərini dedilər. Açıq-aydın görünürdü ki, bu ittihamın heç bir əsası yoxdur". 
Şairlərin vəziyyəti haqqında danışan Hacı Mail onlara işgəncə verilmədiyini söyləyib: "Şəhriyarla Fərid məhkəmədə dedilər ki, onlara məhbus kimi yox şair kimi baxıblar. Onlara heç bir işgəncə verilməyib. Özlərini pis hiss etmirlər. Ancaq yenə də təsəvvür edin, 3 aydır həbsdə yatan, qollarında qandal olan, Vətənindən, yaxınlarından uzaq düşən adam necə olar?"
Növbəti məhkəmənin bu ayın 14-də keçiriləcəyini söyləyən Hacı Mail ümidli danışıb: "Bizə çox yaxşı münasibət göstərdilər. Bundan başqa məhkəmənin gedişi məni ümidləndirib. Ola bilsin ki, uşaqlara 3 ay iş versinlər. Ümid edir və gözləyirik".