Azərbaycanda zəlzələ oldu

12 Mart 2015 08:30 (UTC+04:00)
Bu gecə Xəzərdə qeydə alınan zəlzələ Lənkəranda da hiss olunub. Movqe.az -ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 04:42:35-də meydana gəlib.

Yeraltı təkanlar Astaradan 13 km cənubi-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda iki gün əvvəl Mingəçevir şəhərində zəlzələ baş vermişdi.