Bakıda döyüş sursatı aşkarlanıb

12 Mart 2015 08:55 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Xəzər rayonunda döyüş sursatı aşkarlanıb. Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib  və aşkarlanmış sursata baxış keçiriblər. İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 22:30-da başa çatıb.