İnsan haqları, demokratiyadan belə demək mümkünsə dəm vurmağı artıq adət halına gətirmiş ABŞ-da son olaylar burada rasizmin yeni dalğasınını baş qaldırdığını göstərir. Hər halda qaradərili insanlara qarşı son aylarda baş verənlər bu qənaətə gəlməyə əsas verir. Bu hadisələrə etiraz edənlərə qarşı isə heç də xoş münasibət sərgilənmir.
Ferqüsson şəhərində qaradərili gəncin ötən il güllələnməsindən sonra yaranan ixtişaşlar fonunda vəziyyətin düzəlməsi gözlənilsə də son proseslər bunun əksini göstərir. Məlum olduğu kimi bir neçə gün əvvəl ABŞ-ın Madison şəhərində polis yenidən qaradərili yeniyetməni güllələyib. İnsident polis və 19 yaşlı qaradərili arasında çəkişmədən sonra baş verib. Yerli sakinlərdən polisə daxil olan məlumata görə, yeniyetmənin girdiyi evin mənzillərinin birində şübhəli səs-küy eşidilib. Hadisə yerinə gələn polis onunla çəkişmə zamanı xidməti silahını çıxardaraq hücum edən şəxsi güllələyib. Bu ilin əvvəlində isə Nyu-Cersi ştatında polis daha bir qaradərili vətəndaşı qətlə yteirib. Yol patrul xidmətinin əməkdaşları sürücünü saxladıqdan sonra avtomobildə axtarış aparmağa cəhd göstəriblər. Polislərdən biri avtomobilin saxlanc yerində silah aşkarladığını deyib. O, sürücüdən əllərini qaldırmasını və tərpənməməsini istəyib. Sürücü əlləri yuxarıda çölə çıxmağa çalışarkən isə, polis atəş açaraq onu öldürüb. Baş verənlər ABŞ-d ahaqlı etirazlar doğurur.
Növbəti belə etiraz Ferqüsson şəhərində keçirilib. Lakin burada etirazlar fonunda polis departamenti yaxınlığında atışma baş verib. Məlumata əsasən, atışma qaradərili şəhər sakinin öldürülməsinə etiraz edən şəxslərin ərazini tərk etdiyi vaxt baş verib. Hadisə şahidlərinin sözlərinə görə, dörd atəş səsi eşidilib. Xatırladaq ki, Ferqüsson şəhər polis idarəsinin rəhbəri Tom Cekson vəzifəsindən istefa verib.
Onu da qeyd edək ki, ötən ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür. Ferqüssonda toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb. Araşdırmalara görə, ötən ilin son altı ayı ərzində 20-yə yaxın qaradərilinin polis tərəfindən qətli özünü ən demokratik ölkə kimi qələmə verən Amerika Birləşmiş Ştatlarında irqçiliyin dərin kök saldığını göstərir. Buna qarşı keçirilən etiraz aksiyaları isə polis və hətta hərbçilər tərəfindən sərt qaydada yatırlıdı. Ölkənin qaradərili prezidenti baş verənlərdə etirazçıların özünü günahlandırdı. Məhkəmələr isə ölənlərin qanını batıraraq, polislərə bəraət qazandırıldı. İnsan haqları barədə bu cür amerikansayağı siyasət cari ildə qaradərililərin polis tərəfindən qətlə yetirilməsi estafetinin davam etməsinə yaşıl işıq yandırdı. Və amerikansayağı təkrarçılıq yeni-yeni qurbanlara səbəb oldu. Mart ayının ilk 10 günü ərzində polislər iki qaradərilini kişini qətlə yetiriblər. Maraqlıdır ki, atlanta faciəsindən cəmi bir neçə gün öncə, Ferqüsson polisinin və bələdiyyə məhkəməsinin fəaliyyətini diqqətlə araşdıran ABŞ-ın Ədliyyə Nazirliyi onların irqçilik zəminidə hüquq pozuntularına yol verdiyini açıqlayıb.
Lakin bütün bunlar irqçilik xəminində yaşanan problemlərin hələ də tam həllinə imkan vermir. Vəziyyət bu şəkildə qalarsa, 1992-ci ilin aprelində Los-Ancelesi iflic edən ictimai iğtişaşlar yenidən yaşana bilər. Xatırladaq ki, 1991-ci il martın 3-də qaradərili Rodni Kingin idarə etdiyi avtomobil sürət həddini aşdığına görə həbs edilərkən polislərə müqavimət göstərdiyi üçün dörd ağdərili polis onu döymüş, 1992-ci il aprel ayında isə andlılar məhkəməsi həmin polislər barəsində bəraət hökmü çıxarmışdı. Bundan sonra Los-Ancelesdə başlanan iğtişaşlarda 53 nəfər həlak olub. Bu dəfə də analoji hadisələrin təkrar olunması istisnalıq təşkil etmir. Maraqlıdır ki, başqa ölkələrdə belə hadisələr baş verəndəsərt iradlar tutan Avropa və digər Qərb ölkələri məsələyə biganə münasibət bəsləyirlər.Heç onlar hansısa mövqe də açıqlamırlar. Amma başlqalarına gələndə özlərini insan haqlarının müdafiəsində yorulmaz carçı kimi qələmə verirlər. Başqa ölkələrdə qəzəbli kütlə belə hərəkətlər edərkən və polis onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş adekvat addımlar atarkən Qərb neqativinin bütün ağırlığı ölkəyə qarşı yönəlir. Amma ABŞ üçün nədənsə bu keçərli sayılmır və bu da ikili standartın ən bariz nümunəsi hesab edilir.