Bakıda sevgilisi nişanlanan qız özünü zəhərlədi
13 Mart 2015 11:52 (UTC+04:00)
Ötən gün Bakının Xəzər rayonunda qız sevdiyi oğlan
üstündə özünü öldürmək istəyib. ANS
PRESS-in məlumatına görə, Bakı bağlarından birində yaşayan 20 yaşlı
C.M. gecə saatlarında çoxlu dərman içib.
Gecə saat 03 radələrində qızın huşsuz bədəni
mətbəxtdə tapılıb. Qızın valideynləri dərhal təcili yardıma
müraciət ediblər. Qız təcili yardım
həkimlərinin köməyilə xəstəxanaya aparılır. Həkimlərin səyi
nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, 20 yaşlı
qız nakam sevgisi üzündən özünü öldürmək istəyib. Demə qız gənc bir
oğlanla uzun zaman sevgili olublar. Lakin oğlan iki gün əvvəl başqa
qızla nişanlanıb. Oğlan nişanlısını sevməsə də, ailəsinin təzyiqilə
evlənəcəyini bildirib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi 2-ci polis
bölməsində araşdırma aparılır.