Movqe.az xəbər verir ki, bahar təbiət qədər insanlar üçün də yenilənmə vaxtıdır. Baharda özünüzü gümrah hiss etmək üçün bol-bol tərəvəz və meyvə istehlak etməyə çalışın. Sağlamlıqdan, xəstəliklərin müalicəsinə, xoşbəxtlikdən, gözəlliyə hər bir tərəvəzin biri min dərdə dəvadır. Bəslənmə mütəxəssisi və diyetoloq Fərin Batmana görə səbəbləri ..
1. İspanaq
Qışda ən ləzzətli, süfrələrin imtina edilməz tərəvəzlərindən olan ispanaq, rəngi və tərkibi ilə bahar mövsümündə yeyilməsi lazım olanlardandır. İspanaq beta karoten, C və E vitaminləri ehtiva edir. Gözləri qoruduğu qədər detoks vəzifəsi də gördüyü elmi tapıntılar arasındadır.
2. Noxud
Yaşıl tərəvəzlərin ən ləzzətlilərindən biri olan noxud, aparılan araşdırmalara görə xolesterolu aşağı salır. Noxud bağırsaq problemlərinə də fayda təmin edir.
3. Qulşqonmaz
Gündə dörd, beş quşqonmaz, gündəlik ehtiyacımız olan K vitamininin 50%-ni təmin edir. K vitamini nə işə yarayar desəniz, qanın laxtalanmasında, sümüklərin güclənməsində rol oynayır. Saçların, dərinin, dırnaqların güclənməsini təmin edir.
4. Şüyüd
Şüyüd yüksək kalium və aşağı natrium ehtiva etməsi, ürək sağlamlığını qoruması səbəbiylə təzyiq xəstələrinə təklif edilir. Kök qisimi bişirilərək ya da çiy olaraq yeyilə bilər. Yarpaqları isə həm salatlara qoyulur həm də qurudulmuş çay olaraq içilə bilir. Körpələrdə də qaz sancısını alır.
5. Çiyələk
Baharın həm rəngi, həm də ləzzətiylə ən gözəl meyvəsi çiyələk, tərkibindəki C vitamini sayəsində kollagen istehsalını dəstəkləyir. Kollagen dərinin gənc və sağlam görünməsini təmin edən bir zülaldır. Çiyələk aşağı kalorisi səbəbiylə həm diabet xəstələrinə həm də arıqlamaq istəyənlərə təklif edilir.