“İsrailin təhlükəsizliyi və müstəqilliyi ilə bağlı mövzularda son qərarı yalnız biz özümüz verəcəyik”

10 Avqust 2012 20:42 (UTC+04:00)
"İsrail və ABŞ kəşfiyyatı İranın nüvə proqramına ciddi şəkildə yanaşır".APA-nın məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Ehud Barak bildirib. Onun sözlərinə görə, rəsmi Təl-Əviv İranın nüvə silahına yiyələnməsinin qarşısının alınması üçün ABŞ-la eyni mövqeni bölüşür: "Bu səbəbdən də bütün variantlar masadadır. Ancaq yenə də İsrailin təhlükəsizliyi və müstəqilliyi ilə bağlı mövzularda son qərarı yalnız biz özümüz verəcəyik".