Yerə təhlükə yaxınlaşır

13 Mart 2015 17:00 (UTC+04:00)

Yerə martın 11-dən Günəşdən ayrılmış nəhəng maqnit qasırğası yaxınlaşır. Movqe.az-ın məlumatına görə, NASA mütəxəssisləri qasırğanı gücünə görə ən yüksək-iks kateqoriyasına aid ediblər. Mütəxəssislər Maqnit burulğanının Yerdə peyk-naviqasiya sistemini sıradan çıxara biləcəyini bildirirlər. Burulğan nəticəsində radiodalğaların ötürülməsində də problem yaranacaq. Maqnit burulğanının insanların səhhətinə də təsirsiz ötüşməyəcəyi gözlənilir.

Qeyd edək ki, martın 20-də Yerdə Günəş tutulması hadisəsi də yaşanacaq. Günəş tutulmasını Avropanın bəzi yerlərindən və Rusiyadan gözlə görmək mümkün olacaq. Bu Günəş tutulması digərlərindən fərqli olaraq Şimal qütbün də görünəcək.