Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında Mingəçevir, Yevlax, Bərdə və Goranboydan olan vətəndaşları qəbul edib. Movqe.az-ın xəbərinə görə vətəndaşlar nazirə əsasən işə qəbul, müalicə, xəstəxanaların təmiri və digər sağlamlıq problemləri ilə bağlı müraciət ediblər. Qəbulda vətəndaşların qaldırdıqları məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə digər icra orqanlarına çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.