Martın 14-nə olan hava proqnozu
14 Mart 2015 09:15 (UTC+04:00)
Martın 14-dəBakıda və Abşeron yarımadasındahavanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman
olacaq.
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata
görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-13° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 768 mm civə
sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında,əsasən, gecə və
axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi
əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, bəzi yerlərdə 4°-dək şaxta,
gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında,əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı
olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman
olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°,
bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındagündüz, əsasən, yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə
yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə
duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda
gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı
gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındagün ərzində,
əsasən, yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18 isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında,əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı
olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi
əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda
gecə 4-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.