ABŞ-ın "The Hill" nəşrində yayımlanan "Dünyada terror müharibəsində ABŞ Azərbaycanla əlaqələri gücləndirməlidir" başlıqlı məqalə dərc olunub.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, Rennio Şousun
qələmə aldığı məqalədə müəllif Vaşinqtonu Bakı ilə əlaqələri
möhkəmləndirməyə çağırıb.
"Konqresdə xidmət edərkən nümayəndələr palatasında işləməyim mənə
Kapitolu təpəsində daha yaxşı perspektivlər vermişdi. Mən bizim
liderlərimizin xarici siyasətdə üzləşdiyi ən böyük iddiaları başa
düşməyə çalışıram. Bu yaxınlarda buna nümunə olacaq iki hadisə baş
verdi. 47 respublikaçı senator İran liderinə nüvə danışıqları haqda
məlum müraciət ünvanladı. Digər tərəfdən, İŞİD-in "islam dövləti"
kimi çağırılması məsələsi gündəmə gəldi. Bu məsələlərin hər iki
siyasi teatrdır və Amerikanın zərərinədir. Əgər biz ölkəmizə real
təhdid olan bu terrorçu qruplaşımalarla mübarizəni seçiriksə,
Birləşmiş Ştatların xarici prioriteti bu qüvvələrə qarşı müsəlman
dövlətləri ilə ittifaq qurmaq olmalıdır. Lakin bu da sual
altındadır. Mülayim islam millətləri bu ittifaqları tənqid edir.
Çünki ABŞ ordusu yer kürəsində terrorçularla mübarizə apararkən
onlar bunun İslama qarşı olduğunu düşünürlər", - deyə müəllif qeyd
edir.
Məqalədə müsəlman ölkəsi olaraq Azərbaycanın ABŞ-a sadiq
müttəfiq olmasına diqqət çəkilir: "Ötən bir neçə ayda Azərbaycanla
əlaqələrimiz haqda çoxlu müzakirələr aparıldı. Hesab edirəm ki, biz
konstruktiv ABŞ müttəfiqləri arasında Azərbaycanla
münasibətlərimizi gücləndirməliyik. Azərbaycan əhalisinin 95 faizi
müsəlmandır. Buna baxmayaraq, ölkə yəhudilərin yaşayış şəraiti
çiçəklənir. Faktiki olaraq, Azərbaycanda sülhə yaşayan bir neçə
dini kəsim var. Paytaxt Bakıda yəhudilərin möhtəşəm sinaqoqu göz
oxşayır".
Müəllif yazır ki, Azərbaycan İsrailin müttəfiqi kimi özünü sübut
edib: "İki ölkə arasında güclü iqtisadi münasibətlər var. İsrailin
neft ehtiyaclarının 40 faizini Azərbaycan ödəyir. Əvəzində
Azərbaycan İsraildən yeni texnologiya və silah alır. Azərbaycanla
münasibətlər qurarkən biz bu ölkənin dünyanın ən təhlükəli
regionunda ABŞ-ın müttəfiqinə yardım etdiyini nəzərə almalıyıq. ABŞ
və İsrail liderlərinin son dövrlər gərgin münasibətlərə malik
olmasına baxmayaraq, biz hər iki millətin düşməninin eyni olduğunu
bilirik. Azərbaycan da müsəlman dövləti olmasına baxmayaraq,
İsraillə çox yaxşı münasibətlər qurub".
Məqalədə Azərbaycanın Əfqanıstan müharibəsi zamanı Birləşmiş
Ştatların etibarlı müttəfiqi olduğu qeyd olunur.
"Azərbaycan Əfqanıstana yüklərin və qoşunların daşınması üçün öz
hava məkanını ABŞ-ın üzünə açdı. Öz sülhməramlılarını bura
göndərdi. Keçmiş müdafiə naziri Robert Gets buna görə Azərbaycanı
təriflədi. Əminəm ki, Azərbaycanla isti münasibətləri
möhkəmləndirsək, dünya ABŞ-ın İslamla mübarizə aparmadığını görər.
Hər kəs ABŞ və İsrailin hədəfində müsəlmanlar yox, terrorçular
olduğunu bilər. Azərbaycan uzun illər dəmir pərdənin arxasında
yaşayıb və hazırda yeni demokratiya qurulan ölkədir. Ümid edirəm
ki, Birləşmiş Ştatlar qərar qəbul edəndə Azərbaycanın müttəfiq
olduğunu və bu ölkə ilə əməkdaşlığın maraqlarımıza uyğun olduğunu
nəzərə alacaq. Konqres siyasi teatrı buraxmalıdır. Əgər biz
məqsədimizin islam yox, terrorçuların məhv olması olduğunu sübut
etmək istəyiriksə, o zaman Azərbaycan kimi müsəlman ölkəsi ilə
əməkdaşlığa ehtiyacımız var", - deyə müəllif vurğulayır.