ARDNŞ-ın aktivləri 17 milyard manat təşkil edir
12 Aprel 2012 13:00 (UTC+04:00)
Neft-qaz emalı və neft-kimya kompleksi forumunun ikinci günü
başlayıb. Forumun bugünkü ilk sessiyası enerji layihələrinin
maliyyə-iqtisadi aspektləri ilə bağlı olub.
Sessiyada çıxış edən ARDNŞ-ın iqtisadi məsələlər üzrə
vitse-prezidenti Süleyman Qasımov şirkətin iqtisadi fəaliyyəti ilə
bağlı məlumat verib. O bildirib ki, ARDNŞ-ın aktivləri 17 mlrd.
manat təşkil edir. "2011-ci il üzrə şirkətin illik balans mənfəəti
879 mln. manat olub".
Onun sözlərinə görə, şirkət hazırda xarici dövlətlərlə investisiya
fəaliyyətinin artırılması istiqamətində işlərini genişləndirir. O,
həyata keçirilməsi nəzərdə tutulan neft-qaz və neft kimya (NQNK)
layihəsi barəsində də məlumat verərək bildirib ki, layihənin icrası
üçün kifayət qədər imkanlar var. "Ona görə də layihənin uğurla başa
çatacağını düşünürəm".