Yupiterin peykində nəhəng okean aşkar edilib

16 Mart 2015 20:30 (UTC+04:00)

Universitetlər Assosiasiyasının nümayəndəsi- xanım tədqiqatçı astronom Haydi Hammel bildirib ki, Təşkilatın alimləri 100 faizlik əminliklə Günəş sisteminin ən böyük təbii peyki Qanimeddə nəhəng okeanın olduğunu sübut edə biliblər.

Astronomların gümanlarını təsdiq edən fotoşəkillər bu günlərdə Hubble teleskopu tərəfindən çəkilib.

Bildirilir ki, aşkar edilmiş okeanın həcmi Yerdəki sulardan kifayət qədər çoxdur və o, qalın buz təbəqəsi altında təqribən 150 kilometr dərinlikdə yerləşir. Bütün ehtimallara görə, okeandakı su duzlu, lakin istidir.

Bu kəşf, dolayısı ilə, Qanimeddə həyatın olmasından xəbər verə bilər.