Olimpiada-2012: Azərbaycan daha bir bürünc medal qazandı
11 Avqust 2012 11:51 (UTC+04:00)
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov 91 kq
çəki dərəcəsində London Olimpiadasının bürünc medalını
qazanıb.
Apasport.az saytının xəbərinə görə, ən ağır çəkili
boksçumuz finala gedən yolda italiyalı Roberto Kammarellinin gücünü
yoxlayıb.
Londonda daha öncə Meji Muanbanı (Konqo) və
Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdıran Məhəmmədrəsul
üçüncü rəqibinə də yerini göstərməyə yaxın olsa da, sonda məğlub
olub.
Belə ki, ilk raundu 2 xal irəlidə (6:4) bitirən
idmançımız sonradan üstünlüyü əldən verib. Nəticədə ikinci raundda
hesabı bərabərləşdirən Kammarelli son raundda 3:2 hesabı ilə qalib
gəlib. Yekun hesabda 12:13 hesabı ilə məğlub olan Məcidov isə
mübarizəni yarımfinalda dayandırıb.
Bununla da, M. Məcidov Azərbaycan millisinin
aktivinə 7-ci medalı əlavə edib.