Duz orqanizmə infeksiya ilə mübarizə aparmaqda kömək edir

17 Mart 2015 19:15 (UTC+04:00)

Amerika Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri müxtəlif yoluxucu xəstəliklərlə effektiv şəkildə mübarizə aparmaqda insana kömək edən kəşf ediblər.Xörək duzunun dərindən analizi zamanı onlar əvvəllər elmə məlum olmayan yeni unikal xüsusiyyətlər aşkar ediblər. Duz müəyyən şəraitdə müxtəlif yoluxucu xəstəliklərlə, heç də, məlum və bahalı antibiotiklərdən pis mübarizə aparmır.Mütəxəssislər öz kəşflərinin doğruluğunu təsdiq etmək üçün yoluxucu xəstəlikləri olan siçovulların dəqiq tədqiqatını aparıblar. Onlar gəmiriciləri duzla qidalandırıblar. Eksperiment başlandıqdan dərhal sonra ölməyən siçovullar müəyyən vaxtdan sonra tam sağalıblar.Müəyyən edilib ki, əgər siçovulların orqanizmində infeksiya törədicisi olubsa, duzun miqdarı artırılıb. Eksperimentlərin gedişində alınmış nəticələrlə müəxəssislərin məhz nə edəcəyi bu gün sona qədər aydın deyildir.Yəqin ki, tədqiqatın yeni daha yüksək səviyyədə davam etdirilməsi məqsədilə siçovullar üçün dərman hazırlanacaq.