Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına uyğun olaraq 2015-ci ilin fevralın 2-dən mayın 1-dək
əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Movqe.az xəbər verir ki, tibbi müayinənin yüksək
səviyyədə keçirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.
Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq
dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb
müəssisələrinin tibbi personalı cəlb edilib. Əhalinin tibbi
müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata
keçirilir. (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər
Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9,
10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikası).