Güney Azərbaycanda ölənlərin sayı 150-yə çatıb

12 Avqust 2012 20:39 (UTC+04:00)

Avqustun 11-də yerli vaxtla saat 16.53-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətlərində Rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların mərkəzi Güney Azərbaycanın Təbriz şəhərindən 60 kilometr aralı olub.

 Modern.az-ın İran mətbuatında istinadən verdiyi məlumata görə, 6 ve 6,2 bal gücündə baş verən zəlzələ nətəsində 90 nəfər dünyasını dəyişib. Bu barədə İranın dövlət televiziyası xəbər yayıb. Bildirilib ki, ölkənin qərbində baş verən güclü zəlzələ zamanı 400-dən çox insan yaralanıb.

Faciə ilə əlaqədar bölgədə təcili təxirə salınmaz tədbirləri həyata keçirilir. Əraziyə xeyli sayda ambulans, hepikopterlər cəlb olub. Yaralılar ərtaf şəhərlərdə xəstəxanalara yerləşdirilib. Həyatını itirən insanların axtarışları isə davam etdirilir.
***
Ən son məlumatlara görə, 146 nəfər həlak olub, 400 nəfər insan yaralanıb. Xəsarət alanlardan 100 nəfər ətraf şəhərlərin xəstəxanalarına daşınıbr. İtkin düşənlər var.
Zəlzələ bölgəsində xilasetmə işləri aparılır. Evsiz qalan insanlar üçün çadır şəhərcikləri salınır. Ərzaq və geyim çatışmazlığını aradan qaldırmaq məqsədi ilə yardımların daşınmasına başlanılıb. Bölgəyə  tibbi yardım briqadaları cəlb olunub. Ahər və Vərzixan yaşayış məntəqələrinə təbii qazın nəqli dayandırılmışdır. Zəlzələnin mərkəzinin 30-40 kilometrliyindəki yaşayış məntəqələrində köhnə tikililərin ən azı 80 faizinin dağıldığı bildirilir.