Misirdə hərbi rəhbərlik dəyişdirildi

13 Avqust 2012 13:24 (UTC+04:00)

Misir prezidenti Məhəmməd Mursi ölkənin müdafiə naziri və silahlı qüvvələri ali şurasının sədri Hüseyn Tantaui və qərargah rəisi Sami Ananı istefaya göndərib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Tantaui və Anan Misir inqilabı zamanı müxalifətin əsas fiqurlarından olublar. Keçmiş nazir və qərargah rəisi bundan sonra Mursinin köməkçisi vəzifəsini tutacaqlar.

Müşahidəçilərin fikrincə Mursi kadr dəyişikliklərinə getməklə ölkədə ikihakimiyyətliliyə son qoymaqla öz mövqelərini gücləndirmək istəyir.
Mursi Tantauinin yerinə briqada generalı Said as-Seysini, qərargah rəisi Ananın əvəzinə isə general Sıdki Subhi Seyid Əhmədi təyin edib.