Avqust ayının I
ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə
nisbətən 22.7 m3/san azalaraq 74.5 m3/san təşkil edib. Monitorinqin
nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən
təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları
və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür
çayı və onun qollarında biogen maddələrin miqdarı normadan
dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik
çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq
həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay
su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə
fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Avqust ayının I
ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı
üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan
fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar 4, mis
birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis
birləşmələri isə 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.42-6.20 mq/l arasında
olmaqla sanitar norma daxilində dəyişib.