İŞİD boynuna aldı

20 Mart 2015 10:02 (UTC+04:00)
İŞİD terror qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Movqe.Az APA-ya istinadən bildirir ki, bu barədə "Röyters" xəbər agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, martın 18-də hərbi geyimli silahlılar Tunis parlamentinin yaxınlığındakı "Bordo" muzeyinə soxularaq əcnəbi turistləri girov götürüblər. Hücum zamanı muzeydə 200-dək turist olub.

 

Terror aktı nəticəsində 20-si turist olmaqla 23 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Terrorçulardan ikisi məhv edilib.