Türkiyə İŞİD sevdalısını qovdu
20 Mart 2015 16:01 (UTC+04:00)
Türkiyə Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasına qoşulmaq
istəyən britaniyalı qadını deportasiya edib.Movqe.az-ın APA-ya
istinadən verdiyi xəbərə görə, polis Böyük Britaniya vətəndaşı 22
yaşlı Cəlilə Nadranı antiterror əməliyyatı zamanı Ankarada avtobus
dayanacağında saxlayıb. Saxlanılan qadın Londona deportasiya
olunub.
Xatırladaq ki, Türkiyə ötən həftə 17 və 19 yaşlarında olan
yeniyetmələri Britaniyaya deportasiya edib. Britaniya polisi
hazırda onların terrorçularla əlaqəsi olub-olmadığını
araşdırır.
Qeyd edək ki, bu ilin fevralında Londondan İstanbula təyyarə ilə
gəlmiş 3 qız (15-16 yaşlarında) qeyri-qanuni yolla Suriyaya keçərək
İŞİD-ə qoşulub.