Xarici işlər naziri Səudiyyə Ərəbistanında keçiriləcək İslam Zirvə Toplantısında iştirak edəcək

14 Avqust 2012 11:28 (UTC+04:00)
Avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığında İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbduləziz əl Səud tərəfindən sözügedən Zirvə Toplantısına dəvət edilib.
Zirvə Toplantısında Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Bu məqsədlə xarici işlər naziri Elmar Məmmədyarov avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərinə səfər edəcək.