Nəhayət bahar gəlib
21 Mart 2015 10:13 (UTC+04:00)
Azərbaycana bahar gəlib.
Movqe.az APA-ya istinadən bildirir ki , N. Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasından verilən xəbərə görə, 2015-ci ildə
Azərbaycan ərazisinə baharın gəlişi martın 21-də Bakı vaxtı ilə
təxminən saat 02:45 radələrində baş verib.
Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal
yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi
ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə
astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə
alınacaq. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik
bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.