Ermənilər atəşkəsi 44 dəfə pozdular
21 Mart 2015 13:03 (UTC+04:00)
Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyindən verilən
məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə
pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində
yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız
yüksəkliklərdə və Berd rayonunun Çinari kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz
atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun
Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı,
Şıxlar, Şuraabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı
Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.