"İnanırıq ki, Azərbaycan Dəmir Yolunun yeni rəhbərliyi..." - FOTO
21 Mart 2015 18:04 (UTC+04:00)
Azərbaycan və Pusiya Dəmir Yolları Səhmdar cəmiyyətləri arasında
olan əlaqələr daha da genişləndiriləcək.
Movqe.az xəbər verir ki , Azərbaycan Dəmir Yolları" Qapalı
Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Rusiyanın
paytaxtı Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu
rəhbərləri arasında ikitərəfli görüş keçirilib.
"Rusiya Dəmir Yolları" ASC-nin prezidentiVladimir
Yakuninbildirib ki, ölkələrimiz arasında olan dostluq və
əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən dəmir yolları
arasında da özünü əyani büruzə verir: "İnanırıq ki, Azərbaycan
Dəmir Yolunun yeni rəhbərliyi bu ələqələrin daha da
genişləndirilməsində aktivlik nümayiş etdirəcək".
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədriCavid
QurbanovAzərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr,
qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verərək
bildirib ki, Azərbaycan və Pusiya dəmir yolları arasında mövcud
olan əlaqələr bundan sonra daha da genişləndiriləcək.
Sonra hər iki ölkənin dəmir yolları arasında cari və gələcək
inkişaf perspektivləri müzakirə olunub.
