Bakıda özəl klinikada ana ölümü baş verib

21 Mart 2015 21:01 (UTC+04:00)
Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-"Astoriya" Tibb Mərkəzində baş verib.

Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

"Astoriya" Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləyiblər . Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.