Martın 22-nə olan hava proqnozu
22 Mart 2015 09:16 (UTC+04:00)
Martın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava
şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində fasilələrlə yağış
yağacağı gözlənilir.
Movqe.az bildirir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata
görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacağı
gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə
sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında havanınyağıntılı olacağı, arabir
yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı
gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı,
duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir
güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan
4°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi
əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4°
isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar
yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir
güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti,
gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan
3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın gecə və səhər
bəzi yerlərdə dumanlı, çiskinli olacağı, gün ərzində arabir yağış
yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağmurlu
hava müşahidə olunacaq. Fasilələrlə yağış yağacağı gözlənilir,
dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-şərq
küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə
3-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək
isti, gündüz 2-7° isti olacağı gözlənilir.