ABŞ-da dəhşətli yanğın

22 Mart 2015 13:04 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarında yaşları 5 ilə 15 arasında olan 7 uşağın faciəvi şəkildə ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Movqe.az-ın milli.az-a istinadn məlumatına görə, hadisə Nyu-York şəhərinin Bruklin məhəlləsində, əsasən yəhudilərin yaşadığı Midvud bölgəsində baş verib.

Nyu-York yandından mühafizə briqadasının əməkdaşı Daniel Niqro hadisəni son 7 ildə yanğının səbəb olduğu ən böyük faciə adlandırıb.

Niqro həmçinin yanğına yemək isitmək üçün olan qızdırıcı vasitənin səbəb olduğunu deyib.

Polis rəsmiləri ölən uşaqların qohum olduqlarının güman edildiyini bildirib.