Bir ailənin 4 üzvü zəhərlənib

22 Mart 2015 16:00 (UTC+04:00)
Ucarda bir ailənin 4 üzvü zəhərlənib.

Movqe.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində baş verib. Kənd sakiniTəyyar Sadıqov, onun həyat yoldaşıSamirə Sadıqova, övladlarıRəvanKənanSadıqovlar zəhərlənmə diaqnozu ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Ailə başçısı T. Sadıqov axşam yeməyi vaxtı bazardan aldıqları xiyar və pomidordan yedikdən sonra vəziyyətlərinin kəskin pisləşdiyini və xəstəxanaya müraciət etdiklərini deyib.

Ucar Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinin müdiriGündüz Qasımovbildirib ki, hazırda uşaqların vəziyyəti kafi olsa da, valideynlərin müalicəsi xəstəxanada davam etdirilir.