Bakıda yol bağlanır
22 Mart 2015 16:09 (UTC+04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərə xəbərdarlıq
edib.
Movqe.az xəbər verir ki , "Azəryolservis" ASC-nin Mətbuat
Katibliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, martın
22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis
İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı
nəqliyyatın hərəkəti üçün dayandırılacaq.
Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə
bağlıdır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş
olunur.
Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev
küçəsindən istifadə etmək məsləhət görülür.
İşlərin yaxın bir neçə gün ərzində başa çatdırılması nəzərdə
tutulur.