"Simurq"dan 3 futbolçu milli komandaya dəvət aldı

22 Mart 2015 19:00 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2015-ci il mart ayının 22-dən 28-dək Bakı şəhərində təlim-məşq toplantısı keçirdəcək. Movqe.az Goal.az-aistinadn xəbər verir ki, bununla əlaqədar "Simurq"dan Vadim Abdullayev, Vüqar Mustafayev və Rəşad Əzizli yığmaya dəvət edilib.


Futbolçular martın 22-dən U-21-in düşərgəsinə qoşulacaq.