Dünyada görülməmiş vəhşət
22 Mart 2015 20:10 (UTC+04:00)
Fransanın Bordo şəhərinin yaxınlığında yerləşən Luçats kəndində
fransız cütlüyün evində soyuducudan 5 uşaq cəsədi tapılıb.
Movqe.az-ın anspress-a istinadn məlumatına görə, 13 və 15
yaşlarında iki qız uşağı olan ana 5 övladını öldürməkdə təqsirli
bilinir.
40 yaşlı ata soyuducunu açarkən torbaya qoyulmuş 1 uşaq cəsədini
görüb və polisə xəbər verib. Hadisə yerinə gələn polis soyuducunun
buzxanasında daha 4 uşaq cəsədi aşkarlayıb.
İfadəsi alınan ata uşaqlardan xəbərinin olmadığını deyib. Ana isə
həbsxanada saxlanılıb. Kənd sakinləri hadisəni biləndə şoka
düşüblər. Sakinlər ananın belə bir cinayət işlədəcəyinə
inanmadıqlarını bildiriblər.
Uşaqları doğan ananın körpələri öldürüb-ödürmədiyi araşdırılır.