3 nəfər Novruz tonqalının badına getdi
23 Mart 2015 20:09 (UTC+04:00)
Bu il İlaxır çərşənbə və Novruz bayramı günlərində 3 nəfər tonqal
ətrafında yanıb.
Movqe.az xbr verir ki , Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasından APA-ya
verilən xəbərə görə, ilk hadisə martın 17-də - İlaxır çərşənbədə
qeydə alınıb. Həmin gün tonqal ətrafında yanma ilə bağlı təcili
yardıma 2 müraciət daxil olub. Onlardan 1-nə yerində ilkin yardım
göstərilib, digəri isə Respublika Yanıq Mərkəzinə
yerləşdiirlib.
Digər hadisə isə martın 20-də baş verib. Həmin gün təcili yardıma 1
müraciət daixl olub, yanıq xəsarətləri alan şəxs Respublika Yanıq
Mərkəzinə çatdırılıb.
Bayram günlərində (martın 20-21-22-də) 9 avtoqəza hadisəsi ilə
bağlı təcili yardıma müraciət daxil olub. Martın 20-də 1 avtoqəza
(maşın vurma) baş verib və həkim hadisə yerinə çatana kimi ölüm
qeydə alınıb. Martın 21-də 6 avtoqəza baş verib, nəticədə 7 nəfər
zərər çəkib. Onlardan 5-i Klinik Tibbi Mərkəzə yerləşdirilib, 1-nə
yerində tibbi yardım edilib, 1 nəfər isə həkim yanında ölüb. Martın
22-də isə baş verən 2 avtoqəzada zərərçəkənlər xəstəxanaya
yerləşdiriliblər.
Dəm qazından zəhərlənməyə gəlincə, bayram günlərində 6 hadisə ilə
bağlı təcili yardıma müraciət edilib, 3 nəfər xəstəxanaya
yerləşdirilib.