Martın 24-nə olan astroloji proqnoz
24 Mart 2015 09:02 (UTC+04:00)
Qoç- Haumea və Sereranın münasibətləri əhvalla
planları dəyişəcək. Xatirələrə dalaraq yarımçıq qalan işi,
deyilməmiş sözləri yada salmaq vaxtıdır. Qətiyyət və inadınız
sədləri aşmağınıza yardım edəcək.
Qüvvə və imkanları xırdalıqlara xərcləməyin, konkret məqsədlərə
qulluq edin.
Köhnə ideyalar, dünyagörüş və mövqelər qayıda bilər.
Bu gün müqavilə, öhdəlik, anlaşma və sövdələşmələr tez nəticə
olmasa da, uzunmüddətli əməkdaşlıq vəd edir.
Buğa - Mimas və Qanimedin münasibətləri gərginliklə nigaranlıq
səviyyəsini artırır. Fiziki işdə fayda var. Ətalət, tənbəllik,
laqeydlikdən uzaq olun.
Bu gün alış-veriş istəyi pulun mənasız xərclənməsinə can atmaq
olardı.
Günün ikinci yarısında görüşlər və danışıqlar həzz verəcək.
Enerjiniz az deyil və bu səbəbdən də ideyalarınız üçün yeni məkan
yaradın.
Güclü maqnetizm həyatınıza sizi həyəcanlandıra biləcək insanı cəlb
edə bilər.
Əsas məsələ önəmli orientirləri itirməməkdir.
Əkizlər- Titaniya və Haronun münasibətləri
başlanan işin bitirilməsini tələb edir. Ümumi ab-hava gərgin
olacaq. Münaqişələrin başlanması üçün ani qığılcım kifayət edəcək.
Yaxın ətrafınızdakı insanların reaksiyaları sərt və
aqressivdir.
Hisslər, emosiyalarda qarışıqlıq mühahidə olunur.
Başqaları ilə yanaşı, özünüzü də anlamağa çətinlik çəkirsiniz.
Güclü istək, qətiyyət olarsa, kreativlik arta bilər.
Poçtu yoxlayın, təmas və əlaqələrdə fəallıq göstərin, sizi
maraqlandıran məsələlərdə geri çəkilməyin.
Bilik, təcrübə və gəlir əldə etməyə çalışın.
Dəyərləndirmələr aparın, körpülər yaradın, həmfikirlərinizi
planlarınızdan hali edin.
Xərçəng- Oberon və Lisiteyanın münasibətləri sizə
baş verənlərin mahiyyətini anlamağa imkan verəcək. Hadisələrin
bəziləri diqqətinizi yayındırıb mühüm işi bir kənara qoyaraq ikinci
dərəcəli işə başlamağınıza səbəb ola bilər.
Fəqət, bu prosesdə yeniliklərlə dəyişikliklərin faydasını hamıdan
tez görmək və anlamaq şansınız var. Aktiv olun, problemlər
yaranarsa, onları məsələnin mahiyyətindən xəbərdar insanlarla
müzakirə edin.
Ehtiyac duyduğunuz nəsnəni bütün vasitələri işə salaraq əldə etməyə
can atmayın.
Yeniliklərin bünövrəsi qoyulur.
Şir- Yupiter və Marsın münasibətləri bu günün
hadisələrində müəyyən deja-vyu effekti yaradacaq. Təxirə salınmış
planlar və reallaşmamış gözləntilərlə bağlı təxirəsalmalar,
gərginliklər ola bilər.
Axına düşərək işi şövqlə yerinə yetirsəniz, uğur əldə edəcəksiniz.
Əsas hədəfi seçin, maraqlarınıza heç bir dəxli olmayan məsələlərlə
bağlı sizi mənasız mübahisələrə çəkməyə imkan verməyin.
Xoş təəssürat yaradılmasının gərəkdiyi tədbirlərdə istəyinizə nail
ola bilərsiniz. Dost və yoldaşlarla müzakirədə mövqeyinizi sonadək
qoruyun, sözlərinizdən imtina etməyin. Dəqiq, punktual olun, yeni
planların düşünülmə və təhlil prosesini sürətləndirin.
Axşam saatları romantik dönəm vəd edir.
Qız- Uran və Saturnun münasibətləri indi sizin
üçün təhlükə mənbəyi ola bilər. Mühüm danışıq, müzakirə və
təmaslarda çox diqqətli, sayıq, emosiyaların hesabdarı olun.
Maraqlarınızı təmin edin, başqalarının mənafeyi üçün
perspektivlərinizi qurban verərkən humanizmi düşünülməmiş addımla
səhv salmayın.
Planlar pozula bilər. Bu səbəbdən şərtlərin diqtəsinə uyun, ehtiyac
yarananda başqa fəaliyyət sahəsi və ya formasını seçin.
İntuisiyanıza və qəfil fikir tapıntılarına güvənin. Belə tapıntılar
dəyişkən əhval və məqsədlərin dumanında sizin üçün mayak ola
bilər.
Lazımi anda lazımi yerdə olmağa çalışın. İşlərinizi elə görün ki,
problemləri vaxtında çözə biləsiniz.
Tərəzi- Pluton və Sererarın münasibətləri
hadisələri tələsdirəcək. Yaşamınızda spontan olaraq yaranan
imkanlardan yararlanın. Ünsiyyət üçün sizi anlayan insanların
olduğu məclisi seçin. Fikir və fəaliyyətiniz üçün yeni ideyalar
seçmək olar. Yardım istəyən olarsa, rədd cavabı verməyin.
Kömək edin, məsləhət verin, qulaq asın. Ətrafınızdakı insanların
sizin yardımınız və qayğınıza ehtiyacları var.
Hətta yaşamda yeni mərhələyə güvənsəniz belə, yeni ideyaları dərhal
reallaşdırmağa can atmayın. Malik olduğunuz potensialı təhlil edin.
Durumu araşdırın, hisslərinizdə və istəklərinizdə "təmizlik"
aparın, hər şeyi yerbəyer edin.
Qayda və nizam hissi doğru yolda olmağınızla bağlı sizdə əminlik
hissi yaradacaq.
Əqrəb- Sinope və Elaranın münasibətləri bu gün
emosiyaların səviyyəsini çox yüksəldəcək. Yaranan problemlərin heç
də hamısını həll etmək mümkün deyil. Olayların məcrası sizdən asılı
olmadığı üçün situasiya ilə barışın. Yaxın ayda baş verə biləcək
hadisələrin əksəriyyətinin bünövrəsi indi qoyulur. Yeniliklərin
yaşanacağını unutmayın.
Riskli qərarlara, çılğın addımlara imkan verməyin. Yeni yaranmış
perspektivlər sizdə yanlış təsəvvür, güc və qüdrət hisslərinin
yaranmasına səbəb ola bilər. Amma həmin hisslərdən sonra
uzunmüddətli stress yarana bilər.
İrəliləyişə nail olmağa çalışırsınız, amma bütün ideyalar və
təkliflər, habelə anlayış parıltılarını daha üzunmüddətli təhlil
üçün saxlayın.
Axşam saatlarına yaxın intellektual aktivlik olacaq. Qarışıq,
düyünə düşmüş məsələlər həllini tapacaq. Hissiyatınız və ya şərait
sizə yardımçı olacaq.
Oxatan- Avropa və İonun münasibətləri bu gün
işləri artıracaq. Bu gün hansı işlər təxirə sala biləcəyinizi ayırd
edin, ən mühüm işlərin öhdəsindən effektiv şəkildə gəlməyə
çalışın.
Səhhətinizə diqqətlə yanaşın. Sinir və fiziki yorğunluğa,
münaqişəli situasiyaların yaranmasına imkan verməyin.
Sizi anlayacaq, problemlərinizi bölüşə biləcək, yaşamınızda baş
verənlərin bir qisminə görə məsuliyyəti paylaşacaq insan yanınızda
olarsa, özünüzü rahat hiss edərsiniz.
Ailə üzvləri və yaxınlarınıza problemlərinizdən danışın. İşdə gec
qalmalı olsanız və ya mühüm tədbirə geciksəniz, bu barədə ailə
üzvlərinizi məlumatlandırın.
Əvəzində heç nə verə bilməsəniz də, yardımları qəbul etməkdən
çəkinməyin. Köməyin əvəzinə sonradan yenidən nə isə edə
bilərsiniz.
Oğlaq- Kallisto və Umbrielin münasibətləri maraqlı
hadisələr vəd edir. Yeni imkanlar cazibədardır. Maraq və
gözləntiləriniz indi sizdən uzaqda olan nəsnə, obyekt ilə
bağlıdır.
Yaxın ətrafınızdakı insanları da yeniliklərə ehtyiac duyulmasına
inandırmağa çalışırsınız.
Yaranan perspektivlərə, qarşınıza çıxan insanlara fikir verin.
Ətrafınızdakı insanlardan fərqli olaraq, vurnuxma və
tələskənliklərə rəğmən sağlam məntiqi qoruyun.
Məlumatı söyləməzdən, xəbəri yollamazdan əvvəl bir daha yollayın və
surətini saxlayın.
Məqsədiniz ətrafınızdakı insanların gözləntiləri ilə üst-üstə
düşməzsə, mübahisə və ya münaqişə yarana bilər.
Sayıq olun, tələsik qərar və ya əmələ yol verməyin.
Dolça- Haron və Ayın münasibətləri maliyyə
məsələlərinə diqqəti artırmağı, işgüzar müstəvidə aktiv olmağı
istəyir. Yeni layihələrlə bağlı tələskənliyə yol verməyin. Onları
təmkinlə, tələsmədən hazırlayın. İş sxemləri ilə yanaşı, mütləq
qaydada münasibətlərə də fikir verin.
Bu gün çox məsələlər rəğbət, əlaqələr, şəxsi məqamlar hesabına
həllini tapa bilər. İntriqalar və rəqiblərin vicdansız səyləri
güclənəcək.
Alış-verişdə böyük məbləğ sərf etməyin. Kredit götürmək, pul
köçürmələri, əmanətlər məsələlərində tələsməyin.
Daxili aləmlə səhhətə fikir verin.
Balıqlar- Yupiter və Merkurinin münasibətləri
emosiyalar burulğanına səbəb olacaq. Yaşam mərhələlərinə uyğun
davranın.
Yaradıcılığa ehtiyac duyursunuzsa - yaradın. Yorğunluq hiss etsəniz
- dincəlin və daxili aləminizə qapanın. Yuxunuz çin olmaqla yanaşı,
yaxın ətrafınızdan ciddi siqnal alacaqsınız.
Münasibətlərdə bir qədər rahatlaşmaq və adətən məntiqin çərçivəyə
salaraq nəzarət altında saxladığı hissləri izhar etmək imkanı
var.
Başlanan işləri bitirmək, yaşananları anlamaq, səhvləri bağışlamaq,
üzrxahlıqları qəbul etmək olar.
Qayıdana fikir verin, onun yeni reallığa nə qədər uyğun olduğunu
düşünün.