Helikopter yaşayış evinə düşüb, ölənlər var

24 Mart 2015 21:14 (UTC+04:00)
ABŞ-ın Orlando şəhərində (Mayami ştatı) helikopter qəzaya uğrayaraq fərdi yaşayış evinə düşüb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində helikopterdə olan 3 nəfər ölüb.

Ölənlərin ər-arvad və onların ailə dostu olduğu bildirilir. Hadisə zamanı yaşayış evində heç kim olmayıb. Hazırda qəzanın səbəbləri araşdırılır.