Martın 25-nə olan hava proqnozu
25 Mart 2015 10:12 (UTC+04:00)
Martın 25-dəBakıda və Abşeron yarımadasındahava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Movqe.az bildirir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata
görə, günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskinli
olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın
temperaturu gecə 4-6°, gündüz 8-12° isti olacaq.
Naxçıvan Muxtar Respublikasındabəzi yerlərdə
yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən
kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun
gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6°-dək şaxta,
gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındabəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi
əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz
4-9° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarındagecə və səhər bəzi yerlərdə çiskinli yağış
yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi
gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°
isti, gündüz 9-14° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarındabəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar
yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə
duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1°
şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta,
yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 2-7°isti olacağı
ehtimal edilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarındaəsasən yağmursuz
hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə duman və çiskin
olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti,
gündüz 9-14° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarındabəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu
qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi
əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-13° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.