Ermənistan ordusu mövqelərimizi atəşə tutdu
25 Mart 2015 12:00 (UTC+04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində
minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka
ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.
Movqe.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistan
Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində
yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax
rayonunun Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çaylı,
Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad,
Kəngərli, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino
kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Cəbrayıl
rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy,
Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.