Dünya bazarlarında neftin qiyməti
25 Mart 2015 15:04 (UTC+04:00)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət
əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10
dollar ucuzlaşaraq 47,41 dollar təşkil edib.
Move.az-ın APA-ya istinadn
məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı
neftin 1 barelinin dəyəri 0,09 dollar bahalaşaraq 55,20 dollar
olub.