Azərbaycanda hind kinolarını xatırladan qətl
25 Mart 2015 17:00 (UTC+04:00)
Ötən gün İsmayıllı rayonunda hind kinolarını xatırladan qətl
hadisəsi baş verib.
Movqe.az bildirir ki , Rayon prokurorluğundan verilən məlumata
görə, hadisə səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban
Əfəndi kəndində qeydə alınıb.
64 yaşlı kənd sakiniMəhəmməd Əhməd oğlu
Əhmədovhəmkəndlisi 62 yaşlıAllahverdi Sədulla oğlu
Rəhimovu və həyat yoldaşı 56 yaşlıBahar Qəhrəman
qızı Əhmədovanı güllələyərək öldürüb. O, ov tüfəgi ilə
atəş açıb.
Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin onun halı
pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt
keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə
alır. Polis nəzarəti altında müalicə alan şübhəlinin vəziyyəti
ağırdır.
Araşdırmalar zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi
məlum olub. Demə, Məhəmməd Əhmədov arvadı ilə qonşusunun sevgili
olmasından şübhələnib. Çünki o, bir vaxtlar arvadı Bahar Əhmədova
ilə qonşusu Allahverdi Rəhimovu birlikdə görübmüş. Vaxtilə hansısa
səbəbdən bunu araşdırmaq istəməyən qısqanc ər illər ötdükdən sonra
haqq-hesab çəkmək istəyib.
Bu səbəbdən də, ov tüfəngilə silahlanıb və səhər-səhər kənddə, ATS
kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun
yanına gəlib. Silahı çəkib. "Sən məni ürəyimdən vurdun, indi mənim
növbəmdir", - deyərək qonşuların yanında Allahverdi Rəhimovu
ürəyindən güllələyib.
Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat
yoldaşı Bahar Əhmədovanı da güllələyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.