ABŞ ordusu Avropada təlimlərə başladı
25 Mart 2015 17:09 (UTC+04:00)
ABŞ ordusu Rumıniya və Bolqarıstan ərazilərində hərbi təlimlərə
başlayıb. Movqe.az Milli.Az-a istinadən bildirir ki, təlimlərə
"Atlantic Resolve" adı verilib.
173-cü hava desant briqadasının əsgərləri Rumıniyanın Smardan
poliqonuna yerləşdirilib.
200 nəfərdən ibarət desant hərbi texnika və Rumıniyanın quru
piyadalarının yardımı ilə hədəfin ələ keçirilməsi əməliyyatını
reallaşdırıb.