Ermənistanı zəlzələ silkələdi
25 Mart 2015 19:05 (UTC+04:00)
Martın 24-də yerli vaxtla saat 20.01-də Ermənistan ərazisində
maqnitudası 3,7 olan zəlzələ baş verib.
Yeraltı təkanların episentri respublikanın şimalında qeydə
alınıb.-Movqe.az APA-a istinadən verdiyi xəbərə görə, bu barədə
Ermənistan FHN-in saytında bildirilib. Məlumata görə, 10 km
dərinlikdə qeydə alınan zəlzələnin episentrinin koordinatları -
40.98 şimal eni, 44.21 şərq uzunluğudur.
Episentrdə zəlzələnin gücü 4-5 bal olub.
Yeraltı təkanlar Stepanavan şəhərində və ətraf kəndlərdə 4-5 bal
gücündə hiss olunub.