Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli şərtlərini açıqladı
26 Mart 2015 10:00 (UTC+04:00)
"Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün BMT-nin Təhlükəsizlik
Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan
qoşunlarının çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələr yerinə
yetirilməlidir".
Movqe.az-;n Trend-ə istinadn
məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəriHikmət Hacıyev"This week
in focus" verilişində deyib.
Onun sözlərinə əsasən, hərbi faktor, işğal və aqressiya amilləri
danışıqlar prosesindən çıxarılmalıdır: "Bundan sonra bu prosesdə
sıçrayışa nail ola və regionda sülh və təhlükəsizliyi təmin edə
bilərik".
XİN sözçüsü qeyd edib ki, Azərbaycan xalqı münaqişənin indiyədək
həll edilməməsi faktorundan çox məyusdur. Onun sözlərinə əsasən,
Azərbaycanda qaçqınlar və daxildə bir yerdən başqa yerə keçən
şəxslərin bir arzusu var – öz torpaqlarına, vətənlərinə
qayıtmaq.
H.Hacıyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
1995-ci ildə ATƏT-in Minsk qrupu formalaşdırılıb. Lakin indiyədək
danışıqlar prosesində heç bir nəticə əldə edilməyib. Nəticə isə
yalnız işğalın və Azərbaycana qarşı aqressiyanın dayandırılması və
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantiyası, eləcə
də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin torpaqlarına
qayıtmasının təmin edilməsi ola bilər.