Yəmən prezidenti ölkəni qayıq ilə tərk edib
26 Mart 2015 17:11 (UTC+04:00)
Yəmənin prezidenti Abd Rabbo Mənsur Hadi ölkəni qayıq ilə tərk
edib.
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ordu ilə şiə
qiyamçıları - husilər arasında baş verən toqquşmalar səbəbindən
Ədən hava limanı bağlanıb.
Bundan əvvəl Yəmən prezidentinin Səudiyyə Ərəbistanı diplomatının
müşayiəti ilə helikopterlə ölkəni tərk etməsi barədə məlumat
yayılsa da, Mənsur Hadiyə yaxın mənbələr bunu təkzib
etmişdilər.